ABŞ-la razılaşdıq - Çavuşoğludan ilk açıqlama

03.08.2018 12:03     Dünyadan reaksiya     1038

Ölkələrimiz arasında mövcud olan problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldik.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo ilə Sinqapurda baş tutan bugünkü görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ölkələr arasında problemlər və fikir ayrılığı ola bilər. Biz Türkiyə olaraq problemləri hər zaman diplomatiya ilə həll etməyə cəhd etdik. Sanksiyalarla heç bir nəticə əldə edilməyəcəyini söyləmişik və bu gün də burada təkrar etdik. Problemlərin hamısını birdən həll etmək olmaz”, - o bildirib.

Qeyd edək ki, ABŞ-ın Türkiyənin iki nazirinə tətbiq etdiyi sanksiyadan sonra baş tutan Çavuşoğlu-Pompeo görüşü xüsusi diqqətdə idi.

Reaksiya.az

Şərhlər