Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb - Rusiyalı general Yerevanda

Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generalı məlumatlandırıb

Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşüb. Bu barədə Reaksiya.az "News.am"-a istinadən xəbər verir.


Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkə arasında siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, hərbi-siyasi əməkdaşlığın aktual məsələləri və prioritet proqramlar, həmçinin Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə dair də müzakirələr aparılıb.

Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generalı məlumatlandırıb. Tərəflər, həmçinin regional və beynəlxalq hərbi-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıblar.



Reaksiya.az

Advertisement Banner

Şərhlər