ABŞ-ın yeni sanksiya hazırlığına Rusiyadan cavab

03.08.2018 17:32     Dünyadan reaksiya     781

ABŞ mütəmadi olaraq faktlara əsaslanmadan sanksiyalar paketini yeniləyir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Növbəti sanksiyalar paketinə gəlincə isə onun haqqında informasiya mütəmadi olaraq peyda olur. Biz başa düşürük ki, bu sanksiyalar faktlara əsaslanmır. Bu sanksiyalar daha çox daxili siyasi konyuktura üçündür”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığı bildirilir.

Reaksiya.az

Şərhlər