Haker-casus F-35 təyyarəsi ilə bağlı sirləri öyrənmək üçün bütöv bir sosial şəbəkəni “sındırıb”

06.08.2018 13:26     Dünyadan reaksiya     945

Haker-casus Böyük Britaniya hərbi-hava qüvvəlrində (RAF) xidmət edən bir şəxsin şəxsi akkauntunu “sındıraraq” ondan F-35 qırıcı təyyarələri ilə bağlı məlumatları öyrənməyə çalışıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, casus xarakerli kiber-hücum Böyük Britaniyada populyar sayılan “Tinder” tanışlıq saytına edilib.

Burada həmin saytda hesabı olan hərbi qulluqçunun bütün şəxsi şifrələri qırıldlıqdan sonra onun vasitəsilə digər hərbi xidmət göstərən şəxslərdən, xüsusilə mühəndislərdən “F-35 Lightning II” bimbardmançı təyyarələr barədə məlumat öyrənilməyə çalışılıb.

Şəxsi hesabına kənardan müdaxilə olunduğunu hiss edən hərbçinin hadisə barədə dərhal xəbər verməsi Britaniya hərbi-hava qüvvələrini böyük rüsvayçılıqdan xilas edib.

Картинки по запросу tinder F-35

Rəsmi London konkret olaraq ad çəkməsə, məsələdə Rusiya və ya Çinin əli olduğunu düşünür.

Qeyd edək ki, qırıcı təyyaərlərin 5-ci nəsli saylıan “F-35 Lightning II” təyyarələri ABŞ-ın Lockheed Martin Corporation şirkətinin, Northrop Grumman Corporation, Pratt & Whitney, Rolls-Royce plc, Allison və British Aerospace şirkətləri ilə birlikdə istehsalı sayılır. F-35-lər NATO sistemində F-16 təyyarələrini əvəz etməlidir.

İyun ayında Böyük Britaniya 4 “F-35” təyyarəsini öz sıralarına qəbul edib. Ümumilikdə isə London 138 “F-35” qırıcısı almaq fikrindədir.

Reaksiya.az

Şərhlər