Almaniyalı nazir: - “ABŞ-ın qarşısında diz çökməyəcəyik”

13.08.2018 15:25     Dünyadan reaksiya     989

Almaniya iqtisadiyyat və energetika naziri Peter Altmayer ABŞ-ın Türkiyə və Çinə qarşı tətbiq etdiyi əlavə gömrük vergisinə sərt reaksiya göstərib.

Avropa.info xəbər verir ki, alman nazir ABŞ hökumətinin haqsız addımlar atdığını bildirib.

Tramp hökumətini tənqid edən Altmayer atılan addımların hüquqa zidd olduğunu, bunun Avropada biznes imkanlarını zəiflədəcəyini deyib.

”Tramp hökuməti Türkiyə və Çinə qarşı tətbiq etdiyi əlavə gömrük məsələlərində haqsızdır. Bu ticarət müharibəsi iqtisadi böyüməni həm ləngidir, həm də viran edir və yeni qeyri-müəyyənliklər ortaya çıxarır.

Bu praktika Avropada biznes imkanlarına və böyüməyə zərbə endirir. Avropa ABŞ qarşısında diz çökməyəcək”.

Reaksiya.az

Şərhlər