Putindən Kim Çenə məktub: - Görüşə hazıram

15.08.2018 13:03     Dünyadan reaksiya     759

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda regional məsələləri və ikitərəfli münasibətləri müzakirə etmək üçün Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu bəyan edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin ölkənin yapon işğalından azad edilməsinin 73-cü ildönümü münasibətilə Kim Çen İnə göndərdiyi təbrik teleqramında deyilib.

Putin Kim Çen İni ümummilli bayram münasibətilə təbrik edib və Şimali Koreya liderinin Qızıl ordu əsgərləri və koreyalıların ortaq düşmənə qarşı çiyin-çiyinə vuruşmasını xatırlamasını yüksək qiymətləndirib.

“Əminəm ki, birgə fəaliyyətlə biz: Rusiya, Şimali Koreya və Koreya Respublikası – gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığı üçtərəfli layihələrin həyata keçirilməsinə başlamaqla inkişaf etdirə biləcəyik”, - teleqramda deyilib.

Reaksiya.az

Şərhlər