Separatçılar təcili iclas keçirdi - Qarabağda müharibəyə hazırlıq

15.08.2018 13:07     Dünyadan reaksiya     863

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyan “təhlükəsizlik strukturları”nın təcili iclasını keçirib.

İclasda təmas xəttindəki son vəziyyət müzakirə edib.

Struktur rəhbərləri ehtimal edilən Ermənistan – Azərbaycan müharibəsində separatçıların hərbi birləşmələrin hərəkət planını təqdim ediblər.

Ermənistan hökuməti və hərbi komandanlığının müharibə vəziyyətində görəcəyi tədbirlərlə bağlı məsələ də müzakirə edilib.

Saakyan Azərbaycanın mövqelərinə nəzarəti gücləndirmək üçün “struktur başçıları”na əlavə tapşırıqlar verib.

İclasda son günlərdə təmas xətti və Ermənistan – Azərbaycan sərhədləri boyunca atəşkəs rejiminin tez-tez pozulmasından olan narahatlıq dilə gətirilib.(teleqraf)

Reaksiya.az

Şərhlər