ABŞ XİN: ABŞ Rusiya peyklərinin davranışlarından narahatdır

15.08.2018 13:17     Dünyadan reaksiya     821

“Rusiya peykləri 2017-ci ilin oktyabrında bir sıra manevrlər həyata keçirib ki, bunlar həmin peyklərin əvvəllər müşahidə edilən davranışları ilə ziddiyyət təşkil edirdir”. 
Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

“Ötən ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi kosmik obyekti istifadəyə verdi. Onlar bunun kosmik aparatların inspeksiyası üçün olduğunu iddia etdilər. Lakin onun orbitdəki davranışları əvvəllər müşahidə ediləndən fərqli idi”, - deyə bəyanatda göstərilib. 

Bildirilir ki, ABŞ onun dəqiq olaraq nə olduğunu və ya nə etdiyini bilməsə də, bu fəaliyyətlərdən narahatdır.(ordu.az)
 

Şərhlər