4 ölkə ABŞ-a qarşı BİR CƏBHƏDƏ birləşdi - Ağ Ev təcili təhlükəsizlik tədbirləri görür

20.08.2018 12:50     Dünyadan reaksiya     784

Çin, İran və Şimali Koreya ABŞ-da bu il keçiriləcək erkən seçkilərə müdaxilə edə bilər.

Bunu Ağ Evin təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton deyib.

C.Bolton bildirib ki, bununla bağlı əllərində kifayət qədər dəlil mövcuddur. Onun sözlərinə görə, adı çəkilən 3 ölkə ortaq əməkdaşlıq çərçivəsində seçkilərə müdaxilə etməyi planlaşdırır.

“2016 prezident seçkilərində Rusiyanın müdaxiləsi iddiaları iki ildir gündəmdən düşmür. Rusiya noyabr ayında keçiriləcək erkən seçkilərə də müdaxilə edə bilər. Digər ölkələr də Rusiyanın ortağı ola bilər”.

C.Bolton seçkilərlə bağlı təhlükəsizlik tədbirlərinin və hazırlıqların davam etdiyini deyib, lakin detalları açıqlamayıb. O, fiber-təhlükəsizliyə xüsusi əhəmiyyət verdiklərinə diqqət çəkib.

Reaksiya.az

Şərhlər