Naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutublar

20.08.2018 13:04     Dünyadan reaksiya     751

Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.
 
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.

Şərhlər