RUSİYA VƏ TÜRKİYƏ XİN BAŞÇILARI GÖRÜŞƏCƏK

Bu gün Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
 
İki ölkənin xarici siyasət idarəsinin rəhbərləri əsasən 10 gün əvvəl Ankarada başladıqları danışıqları davamn etdirəcəklər.
 
Bundan başqa nazirlər Suriyanın İdlib bölgəsindəki vəziyyəti və suriyalı qaçqınların geri qaytarılmasını, qarşıdakı yüksək səviyyəli danışıqların gündəliyini, birgə enerji və milli valyutada qarşılıqlı hesablaşmalar da daxil olmaqla, iqtisadi layihələri nəzərdən keçirəcəklər.
 
Advertisement Banner

Şərhlər