Fransızların təxminən 70 faizi Makronun prezident postunda fəaliyyətindən narazıdır

Fransa Prezidenti Emmanuel Makronun populyarlığı onun dövlət başçısı vəzifələrinin icrasına başladığı 2017-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib. Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Emmanuel Makronun populyarlığı ay ərzində 10 faiz azalaraq 31 faizə düşüb. Bu barədə məlumat “Ifor” xidmətinin sentyabrın 4-də dərc etdiyi ictimai rəy sorğusunun nəticəsində öz əksini tapıb. Makronun populyarlığı dövlət başçısı postundakı sələfi Fransua Ollandın eyni prezidentlik dövründən – hakimiyyətdə olduğu 1,4 ildən sonrakı reytinqindən də aşağıdır. 2013-cü ilin payızında Ollandı fransızların 32 faizi dəstəkləmişdi.

Bununla yanaşı, Fransa vətəndaşlarının 32 faizi Makronun “düzgün iqtisadi siyasət apardığını”, 68 faizi isə bunun əksini hesab edir.

Ölkənin Baş naziri Eduar Filippin populyarlığı isə ay ərzində 3 faiz azalaraq 38 faizdən 35 faizə enib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər