ABŞ Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatlara 1,5 trilyon dollar xərcləyib

11.09.2018 13:10     Dünyadan reaksiya     893

 Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatlar ABŞ-ın vergi ödəyicilərinə 1,5 trilyon dollara başa gəlib.

Bu, Pentaqonun hesabatında bildirilib.

Xəbərdə qeyd olunub ki, bu məbləğin 731 milyard dolları (ümumi məbləğin 49 faizi) İraqdakı əməliyyatlara xərclənib. Əfqanıstandakı müharibəyə 584,3 milyard dollar (39 faiz) sərf edilib. Bu ölkədəki hərbi əməliyyatların indiki formasına 134,3 milyard dollar xərclənib. Suriyadakı hərbi əməliyyatlara isə, təxminən, 23,5 milyard dolların sərf edildiyi vurğulanıb.

ABŞ-ın 2 milyondan çox zabit və əsgəri Əfqanıstan və İraqdakı müharibədə iştirak edib. Bu hərbi əməliyyatlar, eləcə də terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə ABŞ-ın 6,8 min vətəndaşı ölüb, 52,3 min amerikalı isə yaralanıb. 

Reaksiya.az

Şərhlər