“YPG İdlib əməliyyatlarında Əsədə dəstək göstərəcək” – Çavuşoğlu

“Əldə etdiyimiz yeni hesabatlar Suriya hökuməti və YPG/PKK terror qruplaşması arasında bir yaxınlaşmanın olduğunu göstərir”

Bu barədə rəsmi açıqlamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. 


O qeyd edib ki, ABŞ bu məsələni ciddi şəkildə götür-qoy etməli və dəstək göstərdiyi terror qruplaşmasının atdığı addımlara diqqət yetirməlidir. 

“Bizim əldə etdiyimiz yeni kəşfiyyat məlumatları göstərir ki, Suriya hökuməti və YPG/PKK terror qruplaşması arasında ciddi yaxınlaşma yaşanır. Hətta qruplaşmanın İdlibdə həyata keçiriləcək potensial əməliyyatlarda Bəşər Əsədə dəstək göstərməyi öz üzərinə götürdüyü bildirilir. ABŞ İdlibdəki əməliyyatların əleyhinə olduğu bir vaxtda dəstəklədiyi qruplaşmanın onunla fərqli mövqedə olması Vaşinqtona mesajdır. ABŞ əsl müttəfiqinin kim olduğunu yaxşı analiz etməlidir”, - deyə Çavuşoğlu bildirib. 
 
Advertisement Banner

Şərhlər