İndoneziyada qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

01.11.2018 13:50     Dünyadan reaksiya     944

İndoneziyada qəzaya uğrayan “Boeing 737 Max 8” təyyarəsinin qara qutusu aşkarlanıb və sudan çıxarılıb. 

Bununla bağlı “Detik News” məlumat yayıb. 

Qara qutu təyyarənin qəzaya uğradığı yerdə suyun 32 metr dərinliyində aşkar edilib. 

 

Bundan başqa, hökumət ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə başlayıb. Polis insan qalıqlarının olduğu 48 kisəni ekspertizaya göndərib. 

Xatırladaq ki, “Lion Air” şirkətinə məxsus təyyarə Cakartadan havaya qalxdıqdan 13 dəqiqə sonra qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 189 nəfər olub. Onların hamısı qəza zamanı ölüb.

Reaksiya.az

Şərhlər