Qaşıqçı cinayətində sensasiyalı gəlişmə - 5 nəfər edama göndərilir

15.11.2018 15:25     Dünyadan reaksiya     714

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaşıqçını qətlə yetirməkdə şübhəli bilinən 11 şəxsdən 5-nin edam edilməsini tələb edib.

Səudiyyə Ərəbistanı Prokurorluğu Camal Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı konsulluqdan çıxarıldığını etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud əl-Muacib Camal Qaşıqçıya yüksək dozada dərman verilərək, öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, daha əvvəl “BBC”, “Əl-Cəzirə” kimi məşhur media qurumları Səudiyyə hökumətinin Qaşıqçı cinayətində əli olan nüfuzlu şəxsləri kənarda saxlamaq üçün məsuliyyəti başqa şəxslərin üzərinə yönəltdiklərini iddia etmişdi.(teleqraf)

Reaksiya.az

Şərhlər