Afrində növbəti əməliyyat başladı

19.11.2018 16:14     Dünyadan reaksiya     844

Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.

Əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.

Reaksiya.az

Şərhlər