Rusiya Ermənistana satdığı qazın qiymətini artırır

20.12.2018 17:28     Dünyadan reaksiya     789

Rusiya baş nazirinin müavini Dmitri Kozak Ermənistan Nazirlər Kabinetinə məktub göndərib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, konkret olaraq Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın adına gələn məktubda Dmitri Kozak Rusiya qazının gələn il yanvar ayının 1-dən hər 1000 kub metrə görə 215 dollara satıla biləcəyini qeyd edib.

D.Kozak Rusiya hökumətinin mövqeyinin müzakirəyə açıq olmadığını vurğulayıb.

Hazırkı rəqəm isə hər 1000 kub metrə görə 150 dollar təşkil edir.

Ermənistanın “168 jam” qəzetinin yazdığına əsasən, hələlik Tiqran Avinyanın özündən bu xəbərə reaksiya almaq mümkün olmayıb. Onun əvəzinə isə aparat rəhbəri Varaq Siseryan cavab verməli olub.

V.Siseryan ümumiyyətlə, hər hansı bir məktubun gəlmədiyini bildirib və hətta onun mövcudluğunu inkar edib.

“Kozak və Avinyan arasında danışıqlar prosesinin formatı və sonrakı mərhələləri barədə telefon danışığı olub. Biz rusiyalı tərəfdaşlarımızla bu məsələ ilə bağlı qarşılıqlı razılıq və anlayış çərçivəsində, hər hansı ultimatumlar olmadan müzakirələr aparırıq”, - deyə Ermənistan rəsmisi mətbuata danışıb.

Reaksiya.az

Şərhlər