In Trampla gələcək görüşünün məqsədini açıqladı

KXDR lideri Kim Çen In Donald Trampla keçirəcəyi ikinci görüşdə bütün dünya ictimaiyyətinin doğruldacağı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, In bu bəyanatı Çin lideri Si Cinpinlə keçirdiyi görüşdə səsləndirib.

 

Şimali Koreya lideri rəsmi Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə işləri davam etdirəcəyini vurğulayıb.

“İkinci KXDR-ABŞ zirvə toplantısından beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi nəticələrə nail olmaq üçün Şimali Koreya  əlindən gələni edəcək”, - deyə Kim Çen In bildirib.

 
 
 
 

 

Advertisement Banner

Şərhlər