Böyük Britaniya üçün qiyamət ssenarisi başladı

16.01.2019 13:56     Dünyadan reaksiya     724

da dövləti II dünya müharibəsindən sonra tarixinin ən burulğanlı dövrünə qədəm qoyur

 Xəbər verildiyi kimi, Böyük Britaniya parlamenti Avropa Birliyindən çıxmaqla bağlı anlaşmanı təsdiqləməkdən imitna edib.

 Ekspertlərin rəyinə görə, bu hadisə martın 29-dan sonra ölkədə böyük iqtisadi və sosial təlatümləri özü ilə bərabər gətirəcək.

 Britaniyanın tərkibindəki Şotlandiyanın birinci naziri Nikola Stergen bunu hökumətin və şəxsən baş nazir Tereza Meyin məğlubiyyəti adlandırıb. Yeri gəlmişkən, son hadisə Şotlandiyadakı separatizm çağırışlarını daha da gücləndirib və yerli milliyətçilər Böyük Britaniyadan ayrılmaqla bağlı ikinci referendumu gündəmə gətirmək niyyətindədirlər.

Parlamentdəki irland azlığı təmsil edən Demokratik Yunionist partiyanın lideri Arlin Foster isə bu qərarla Böyük Britaniyanın Brüsseli daha əlverişli şərtlərlə müzakirə masasına gətirəcəyini düşünür. İrland partiyası əvvəldən “Breksit” anlaşmasının əleyhinə çıxırdı.

Lakin Avropa Birliyinin ingilislərin nazı ilə oynamaq fikri də yoxdur. Birliyin icraedicci rəhbər orqanı olan Avropa Komissiyası hələ keçən ilin dekabrın 19-dan "Breksit" sazişinin təsdiqlənməməsi halında görüləcək tədbirləri müəyyən edib. Bununla bağlı komissiyanın lüksemburqlu sədri Jan Klod Yunker çıxış edərək Brüsselin hadisələrin hər cür inkişafına yönəlik hazırlıq içində olduğunu deyib.

“Əgər saziş mümkün deyilsə və heç kim anlaşmaq istəmirsə, bir nəfər özündə cürət tapıb çarənin nədən ibarət olduğunu deyə bilərmi?”,-deyə Avropa Birliyinin sədri Donald Tusk tvitter hesabında yazıb.

Almaniyanın "Azad demokratlar" partiyası fraksiyasının rəhbərlərindən Aleksandr Lambsdorff isə Birliyin təcili sammitinin çağırılmasını tələb edib.

Analitiklər Avropanın ticarət meydanlarında çöküntü yaşanacağını bildirirlər. İngilis funtu hələ parlamentin qərarından öncə, yanvar ayında 1% dəyər itirmişdi. Yanvarın 15-nə qədər Böyük Britaniyanın valyutasına görə 1,27$  ödənilirdi. Keçən ilin bu vaxtı isə bir funt-sterlinqin qiyməti 1,42$ civaırnda olub. Yəni əslində 1 il ərzində valyutanın dəyəri 11% düşüb.

CNN-in verdiyi məlumata görə, əhali arasında panika havası hökm sürür. Vətəndaşlar mağazalara axışaraq indidən ərzaq ehtiyatı yığırlar.

Məsələ burasındadır ki, martin 29-dan, Böyük Britaniya son 40 ildən sonra ilk dəfə Avropanın materik hissəsi ilə ticarətdə gömrük məntəqələrini açmalı olacaq. Adaya gətirilən ərzağın üçdə birinin Birlik ölkələrində istehsal olunduğu düşünlsə sakinlərin narahatlığını başa düşmək o qədər də çətin deyil. Üstəlik, Birlikdən çıxdığı üçün Böyük Britaniyada xarici vətəndaşların yaşam şərtləri də kökündən dəyişir. Bu isə daşınmaz əmlak biznesinə ağır zərbə deməkdir.

Ən əsas məsələlərdən biri də İrlandiya adası, daha doğrusu onun Böyük Britaniyanın tərkibindəki şimal hissəsi lə bağlıdır. London burada yarancaq hər hansı iğtişaşı önləmək üçün indidən 1000 polis göndərib.

Reaksiya.az

Şərhlər