İtaliyadan gözlənilməz təklif: Fransaya qarşı sanksiya tətbiq edilsin

21.01.2019 13:56     Dünyadan reaksiya     775

"Fransa öz büdcəsini doldurmaq üçün onlarla Afrika ölkəsini istismar edir"

 İtaliyanın baş nazirinin müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət naziri Luidci Di Mayo Afrikanı müstəmləkələşdirməsinə görə Fransaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Afrikadan çəkilmək istəməyən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə başlamalıdır. Nazir, həmçinin əlavə edib ki, Fransa öz büdcəsini doldurmaq üçün onlarla Afrika ölkəsini istismar edir.

Qeyd edək ki, daha əvvəl İtaliyanın Polşa ilə birgə "Yeni Avropa" yaratmaq niyyətində olduğu bildirilirdi.(sputnik)


Reaksiya.az

Şərhlər