ABŞ Qarabağda müharibə istəyir - Rusiyadan baxış

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması riski yüksəkdir.

Bu sözləri  açıqlamasında rusiyalı politoloq, Yaxın Şərq və Cənubi Qafqazda siyasi PR və kütləvi kommunikasiyalar sahəsində mütəxəssis Denis Korkodinov deyib.

Onun sözlərinə görə, Ağ Evin Moskvaya qarşı sanksiya siyasətini inkişaf etdirməyə çalışdığını nəzərə alsaq, Vaşinqton Rusiyaya qarşı təzyiqləri artırmaq üçün istənilən regional münaqişə ocaqlarından istifadə edə bilər.

“Qeyd etmək lazımdır ki, ABŞ artıq çoxdandır Cənubi Qafqazdan Moskvaya təzyiq yaratmaq üçün istifadə edir. Məsələn, İnquşetiya və Kabardin-Balkar. İndi Azərbaycanla Ermənistan arasında münasibətlər elə gərgin xarakter alıb ki, istənilən qığılcım açıq silahlı qarşıdurmaya gətirib çıxara bilər”, - ekspert bildirib.

Ekspert əmindir ki, ABŞ bu faktordan Rusiyaya qarşı yeni müharibə başlatmaq üçün istifadə edə bilər.(axar)

Reaksiya.az

Advertisement Banner

Şərhlər