“Sarı jiletlilər” bu dəfə Ermənistanda

24.01.2019 12:53     Dünyadan reaksiya     825

Ermənistanın məşhur “Jamanak” qəzeti ölkədə “sarı jiletlilər” hərəkatının başlanacağı anonsunu verib.

Nəşr Ermənistandakı “sarı jiletlilər”in tələblərinin Fransadakı kimi dövlət əleyhinə olacağını yazıb.

Mitinqlər zamanı təhsil, səhiyyə və digər sosial problemlər, eləcə də ədalətli mühitin formalaşmasına dair çağırışlar olacağı bildirilir.

Hərəkatın aparıcı nümayəndələri sırasında cəmiyyətin müxtəlif kəsiminin təmsil olunacağı deyilir. Nəşr “sarı jiletlliər”in rəhbərinin kimliyinin bu ana qədər məlum olmadığını qeyd edib.


Reaksiya.az

Şərhlər