İsrail Azərbaycana kamikadze - dronlar satacaq

05.02.2019 13:58     Dünyadan reaksiya     1075

İsrail Azərbaycana komikadze-dronları satmağa davam edəcək.
 
Bu barədə "The Times of Israel” nəşri yazıb.
 
"Aeronautics Defense Systems Ltd (ADS)” şirkətinin istehsal etdiyi "Orbiter 1K” dronları Dağlıq Qarabağdakı erməni mövqelərinə hücumda istifadə edilmişdi. 2017-ci ildə Azərbaycan gələn firmanın nümayəndəsi yeni məhsulların nümayiş etdirmək istəyib. Müdafiə Nazirliyi yeni dronları erməni mövqeləri üzərində sınaqdan keçirmək təklifi etmişdi. İsrailli nümayəndə əvvəl imtina etsə də sonradan müştəri itirməmək üçün razılaşmışdı. Hadisədən bir neçə ay sonra İsrail MN fimanın üç rəhbərinin ixrac lisenziyasını ləğv etdi. Bunlar baş direktoru Amos Matan, onun müavini Meir Rizmoviç və daha bir əməkdaşdır. Ermənistan mətbuatı bunu İsrailin Azərbaycana silah satışına embarqo kimi dəyərləndirmişdi. Lakin məlum olub ki, qadağa ancaq şirkətin menecerlrinə aiddir. Şirkət pilotsuz aparatları Azərbaycana sata biləcək.
Qeyd edək ki, bir müddət əvvəl İsrail Müdafiə Nazirliyi adıçəkilən dronların Azərbaycana satışına qadağa qoymuşdu.(sfera)
 

Şərhlər