Zərif: ABŞ diktatorları və cəlladları dəstəkləyir

ABŞ-ın düşmənçilik siyasəti onların bizim regiona yalnız dağıntı gətirən diktatorlar, cəlladlar və ekstremistləri dəstəkləməsinə gətirib çıxardı.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın təzyiqlərinə baxmayaraq, iranlılar, o cümlədən, bizim yəhudi həmvətənlərimiz tərəqqinin 40-cı ildönümünü qeyd edir. Bu arada, ABŞ prezidenti Donald Tramp konqresdə etdiyi illik çıxışda yenə də bizim ünvanımıza ittihamlar irəli sürür. ABŞ-ın düşmənçilik siyasəti onların bizim regiona yalnız dağıntı gətirən diktatorlar, cəlladlar və ekstremistləri dəstəkləməsinə gətirib çıxarıb”, - deyə Zərif yazıb.

 

Qeyd edək ki, ötən gecə Tramp konqresdə ilin yekunlarına dair etdiyi çıxışda yenidən İranın ünvanına sərt ittihamlar səsləndirib. Ağ Ev rəhbəri ölkəni “radikal rejim” və “terrora sponsorluq edən dövlət” kimi qələmə verib. O, eyni zamanda, Tehranın yürütdüyü siyasəti diqqətlə izləyəcəklərini vəd edib.

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər