İran yerın altında raketləri belə istehsal edir – İlk dəfə

08.02.2019 13:36     Dünyadan reaksiya     791

“Fars News” agentliyinin “İnstaqram” hesabında İranın yeraltı raket istehsalı müəssisəsinin ilk görüntüləri paylaşılıb.

 İranın Süvari Ordusunun Baş komandanı, general Məhəmməd Əli Cəfərinin Hava Kosmos Birliyinin yeraltı zavodunda qatıldığı törəndə İranın 1000 km mənzilli “Dezful” ballistik raketi nümayiş olunub.

Mərasimə Hava Kosmos Birliyinin komandanı, general Əmir Əli Hacızadə də qatılıb.

General Cəfəri mərasimdə etdiyi çıxışı zamanı islam inqilabının 40-cı ildönümü münasibətilə nümayiş olunan “Dezful” raketinin “Biz bacararıq” şüarını bütün dünyaya göstərdiyini vurğulayıb.

General raketlərin “İran xalqının övladları tərəfindən istehsal edildi”yini də bildirib.


 

Şərhlər