Türkiyə və Rusiyadan ABŞ-a qarşı ortaq ADDIM: oktyabrda...

20.02.2019 14:20     Dünyadan reaksiya     761

Türkiyənin Rusiyadan əldə etdiyi iki S-400 havadan müdafiə sisteminin təhvil məsələsi iyul ayında yekunlaşacaq.

Reaksiya.az publika.az -a istinadən bildirir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

Nazirin sözlərinə görə, S-400-lər oktyabr ayında müəyyən edilmiş bölgələrə yerləşdiriləcək və istismara veriləcək.

ABŞ istehsalı olan “Patriot” havadan müdafiə sistemləri ilə bağlı da açıqlama verən İsmayıl Dəmir Türkiyənin ikidən çox müdafiə sisteminə ehtiyacı olduğunu deyib:

“Patriot”la bağlı görüşlər davam edir. Biz ABŞ-a sistemlə bağlı tələbimizi göndərdik. Bizə 1,5 il sonra cavab verdilər. Görüşlər davam edir. Bəzi gizli qalan məsələlərin üzə çıxması lazımdır. Təklifin tərkibi və detallarını olduğu kimi qəbul etməyimiz mümkün deyil. Türkiyə seçim qarşısında qalarsa, mövzunun texniki tərəflərinə üstünlük verəcək. Məsuliyyətimiz bununla bağlıdır”.

Reaksiya.az

Şərhlər