Trampın müsəlman dövlətinə yönəlik planı dünyanı ayağa qaldıracaq

20.02.2019 14:48     Dünyadan reaksiya     741

ABŞ Nümayəndələr Palatasında məsələ qaldırılıb

ABŞ Nümayəndələr Palatasında prezident Donald Trampın Səudiyyə Ərəbistanına son dərəcə həssas nüvə texnologiya transferi həyata keçirmək planı ilə bağlı məsələ qaldırılıb.

Bununla bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Elijah E.Cummings açıqlama verib. 

Texnologiya transferi ilə bağlı hesabat təqdim edən komitə üzvü Səudiyyə Ərəbistanına nüvə texnologiya transferi ilə bağlı Palatada məsələ qaldırıldığını bildirib.

Hesabatda Səudiyyə Ərəbistanına nüvə texnologiya transferi və nüvə stansiya şəbəkəsi qurmaq planının Trampın kürəkəni və müşaviri Jared Kushner tərəfindən idarə olunduğu bildirilib. Hesabatda qeyd edilib ki, keçən həftə Ağ Evdə keçirilən bir toplantıda bu məsələ müzakirə edilib.

Cummings bu transferin ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə ata biləcəyini söyləyib. O, Ağ Evə məktub yazaraq plan və görüşlərə dair bütün məlumat və sənədlərin komissiyaya göndərilməsini istədiklərini qeyd edib.

Hesabatda qeyd edilib ki, Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn də vəzifədə olarkən bu plana dəstək verib. Ona görə də Cummings keçmiş müşavirə aid bütün elektron poçtları da istəyib.

Hesabatda bildirilib ki, Flinndən sonra da transfer planı davam edib və bu planın ləğv edilməsi ilə bağlı çağırışlara baxmayaraq, Tramp rəhbərliyi buna qulaq asmayıb.



Reaksiya.az

Şərhlər

Çox oxunanlar