Torpaqların azad edilməsi üçün TƏK YOL: ən azı 20 min qoşunla...

21.02.2019 12:36     Dünyadan reaksiya     773

Qərbdə Ukrayna üçün plan yoxdur və Belarusu Ukrayna ssenarisi gözləyir.

Bu haqda “LIGA.net” saytına müsahibəsində Şimali Atlantika İttifaqının (NATO) keçmiş başçısı, Ukrayna prezidentinin ştatdankənar məsləhətçisi Anders Foq Rasmussen deyib.

Onun sözlərinə görə, Donbsada müharibəni dayandırmağın tək yolu burada BMT-nin mandat ilə sülh missiyasının yerləşdirilməsidir. Keçmiş baş katib qeyd edib ki, bu, Rusiya və Ukrayna arasında sərhədə nəzarətdə etibarlılığı təmin edəcək.

Heç bir irəliləyiş yoxdur. Ukrayna sülh missiyası olmadan Minsk razılaşmaları üzrə öz siyasi öhdəliklərini (Konstitusiyaya Donbas muxtar status üzrə dəyişikliklərin daxil edlməsi və işğal edilmiş ərazilərdə seçkilərin keçirilməsindən söhbət gedir – red.) yerinə yetirə bilmir. Qərbdə hansısa plan yoxdur. Yolu yalnız BMT-nin sülh missiyası vasitəsilə görürəm. Bu mənim təklifimdir. Düşünürəm ki, Donbasda baş verənlərə nəzarət etmək üçün ən azı 20 min beynəlxalq qoşun lazım olacaq”, - keçmiş baş katib deyib.

O, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını dəstəklədiyini söyləyib.

Anders Foq Rasmussen Rusiyanın qonşularla bağlı təcavüzkar siyasətinin davam etdiyini və indi Belarusun növbəsi olduğunu düşünür.

“Əsas risk Belarusla bağlıdır. Burada müharibə və zəbt edilmə ilə Ukrayna ssenarisi təkrarlana bilər. İslahatlara başlamasa, bu ölkəni belə ssenari gözləyir. Mənim məsləhətim Belarus xalqı və ölkə rəhbərliyinədir ki, rusiyalıların təcavüzündən qorunmaq üçün demokratiyaya və azadlığa aparan islahatlara başlamaq lazımdır. Yalnız bu, Rusiyanın təcavüzündən müdafiəni yaradacaq. Biz Vladimir Putinin bəyanatlarını eşidirdik ki, Belarus Krım yarımadası kimi böyük rus dövlətinə daxil edilməlidir. Və mən istəyərdim ki, Belarus Qərbdən daha çox kömək alsın. Amma bunun üçün Belarusun azadlıq və demokratiyaya yönəlməsini görməliyik”, - NATO-nun keçmiş başçısı vurğulayıb.

Reaksiya.az

Şərhlər