“Yalanlar cinayətinizi gizlətməyəcək” - Türkiyədən İsrailə sərt təpki

Yalanlar və təzyiqlər cinayətinizi gizlətməyəcək.

Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın İsrail Baş naziri Binyamin Netanyahunun Prezident Rəcəb Təyyub Ərdoğan haqqında işlətdiyi ifadələrə cavabında deyib.

Qalın Tvitterdə verdiyi açıqlama ilə Netanyahunun Ərdoğan haqqında işlətdiyi ifadələrə etiraz edib:

“Netanyahu ərəblər və müsəlmanlar haqqında irqçi açıqlamalar verdikdən sonra özünü ifşa etdiyi üçün Prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi aparteid dövlət Fələstin torpaqlarını işğal edir, qadın və körpələri öldürür. Fələstinliləri öz torpağından qaçqın edir. Yalanlar və basqılar cinayətinizi gizlətməyəcək”

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar