ABŞ türklərə görə Çinə sanksiya tətbiq edir

15.03.2019 13:00     Dünyadan reaksiya     789

ABŞ Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı müsəlmanların haqlarının pozulmasına görə Pekinə sanksiyalar tətbiq edə bilər.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino deyib.

“Biz bu pozuntularda günahkar olanların məsuliyyətə cəlb edilməsi fikrinə bağlıyıq. Biz sanksiyaların tətbiqini nəzərdən keçiririk”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ illik hesabatında Çini müsəlman uyğurların haqlarını pozmaqda ittiham edib.

Reaksiya.az

Şərhlər