Ermənistan parlamentində qapalı Qarabağ müzakirəsi - Mnatsakanyan yola salınır

Bu gün Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsində qapalı iclas keçirilib.

Xarici işlər naziri Zoqrab Mnatsakanyan görüşə dəvət olunub.

Əlavə məlumat verilməsə də, diqqətçəkən əsas məqam nazirin xüsusi gündəm olmadan qapalı iclasa dəvət olunmasıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir.

Əsas versiya qapalı iclasda Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətin müzakirəsidir, Mnatsakanyanın dəvəti də bununla bağlı ola bilər. Lakin burada “Past” nəşrinin bir neçə gün öncə diplomatik mənbələrə istinadən yaydığı informasiya da yada düşür.

“Ölkə hakimiyyətində Qarabağ məsələsi üzrə bir neçə variant var. Ancaq xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra, bizim məlumatlarımıza əsasən, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti “günah keçisi”ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanı üzərinə qoyacaq. Bu halda, o sadəcə bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə qoymaq üçün onu əvəzləyəcək”, - nəşr yazırdı.

Mümkündür ki, iclasda naziri “küncə sıxışdıracaq” və baş verənlərə, xüsusilə Minsk qrupunun Ermənistanın maraqlarına uyğun olmayan ədalətli mövqeyinə görə günahı Mnatsakanyanın üzərinə qoyacaqlar.(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər