Putin böyük müharibəyə hazırlaşır - Üç region hədəfdə – Keçmiş səfirdən şok sözlər

Rusiya keçmiş Sovet İttifaqı və ya Arktika ərazisində müharibəyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Ukraynanın ABŞ-dakı keçmiş səfiri Yuri Şerbak öz kitabının təqdimatı zamanı bu iddia ilə çıxış edib.

Çıxış “Politnavigator TV”nin “Youtube” kanalında yerləşdirilib.

Keçmiş səfirin sözlərinə görə, Rusiya ordusu dörd mümkün istiqamətdən birində hərbi əməliyyata hazırlaşır. Bunlardan birincisi diplomatın “boz” təhlükəsizlik zonasında yerləşdiyini iddia etdiyi Ukrayna, ikincisi “böyük təhlükə yaradan” Belarus, digər ikisi isə təhlükə gözlənilən Qazaxıstan və Arktika bölgələridir.

Y.Şerbakın fikrincə, məhz sonuncu istiqamətdə müharibə bu il başlaya bilər.

Keçmiş səfir qeyd edib ki, Rusiya Arktika zonasına marağını gizlətmir, özünü onun sahibi elan edir. Moskva bununla Böyük Şimal Yolunu bağlamaq istəyir. Bu yol tezliklə buzlardan azad olacaq.

Bundan əlavə, ABŞ Rusiyanın hərbi gəmilərinin bu ərazidən gedəcəyini qətiyyən qəbul etməyəcək. Bu da hərbi münaqişəyə gətirib çıxara bilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər