Türkiyə ordusundan PKK-ya öldürücü zərbə-yenə erməni izi

29.03.2019 12:49     Dünyadan reaksiya     743

Terror təşkilatının mərkəzi düşərgəsində öldürülənlərdən biri uzun illər Ermənistan və Rusiyada fəaliyyət göstərmiş şəxsdir

Xəbər verildiyi kimi, martın 21-də Türkiyə ordusu və Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-ya ağır zərbə vurub. “Anadolu” agentliyinin məlumatına əsasən, Türkiyə aviasiyasının hava zərbələri nəticəsində PKK lideri Cəmil Bayıkın yaxın adamı Rza Altun və bir neçə tərəfdarı öldürülüb. Əməliyyat Qəndil dağlarında həyata keçirilib.

Öldürülənlər arasında PKK-nın “xarici əlaqələr üzrə məsul” şəxsi “Sinan Sor” kod adlı Əli Aktaş da olub. Mediada yer alan məlumatlarda qeyd olunur ki, MİT kəşfiyyat mənbələrindən Rza Altunun Qəndildə İran sərhədinə yaxın bir nöqtədə toplantı keçirəcəyi ilə bağlı məlumat əldə edib. Bundan sonra kəşfiyyat Rza Altunun keçə biləcəyi bütün yolları və avtomobilləri nəzarət altına alıb.

Əməliyyat günü isə hazırda PKK-nın ən yüksək rəhbərliyinə daxil olan Altun, eyni zamanda Mikayıl Özdəmir və Emrullah Dursunun Qəndilin İranla sərhədə yaxın ərazidə yerləşən Abu Bakra kəndinə getdiyi pilotsuz uçan aparatlar vasitəsilə müəyyən edilib. Bundan sonra terrorçuların koordinatları Türkiyə ordusu hərbi aviasiyasına ötürülüb. Əməliyyat günü Türkiyə F-16 qırıcıları kəşfiyyatın ötürdüyü məlumat əsasında dəqiq atəşlə məhv edilib.

21 mart PKK operasyonu Rıza Altun ile ilgili görsel sonucu

Bu əməliyyat zamanı xarici mediada PKK-nın “xarici işlər naziri” adlandırılan Rza Altun ağır yaralanıb. Hələlik onun sağ olduğu və ya öldüyü bilinmir.

Qeyd edək ki, Rza Altun PKK-nın “qurucular siyahısı”nda yer alan şəxslərdən biridir. PKK-nın"xarici işlər naziri" adlandırılan Altun təşkilatın hazırkı lideri Cəmil Bayıkın ən yaxın adamları arasında yer alır. Bundan başqa, daha əvvəl PKK-nın İran üzrə təmsilçisi və Avropa ilə əlaqələrə məsul şəxsi olub. PKK-nın “idarə heyətində” yer alan Altun eyni zamanda terror təşkilatının “siyasi komitəsi” və “xarici əlaqələr komitəsində” məsul vəzifələrdə təmsil olunur.

PKK-çı Altun əsasən xarici ölkələrdən olan nümayəndələrlə görüşdüyü üçün daim diqqət mərkəzində olub, Türkiyə DİN-in axtarışda olan terrorçular siyahısında “qırmızı bülleten”dı göstərilən şəxslərdəndir. Bundan başqa, Altun İnterpolun axtarılanlar siyahısında yer alır. ABŞ hökumətinin narkotik qaçaqmalçısı kimi axtarışa verdiyi şəxslər siyahısında da Altunun adı yer alır.

Türkiyə ordusunun martın 21-də məhv etdiyi PKK üzvü Mikayıl Özdəmir terror təşkilatına 1990-cı ildə qoşulub. İlk vaxtlarda əyalət bölgələrində PKK üçün çalışıb. Daha sonra isə Qəndilə gedib və burada PKK-nın kəşfiyyat strukturunun rəhbərliyində yer alıb. Bundan başqa, PKK liderlərindən olan Murad Karayılanın yanında maliyyə işlərinə cavabdeh kimi çalışan Özdəmir eyni zamanda Cəmil Bayıkın ən çox etibar etdiyi şəxslərdən biri olub. PKK-nın “xarici əlaqələr komitəsi”ndə yer alan Özdəmir təşkilatın xarici əlaqələrinə nəzarət edir.

21 mart PKK operasyonu emrullah dursun ile ilgili görsel sonucu

1990-cı illərdə PKK-ya qoşulan Emrullah Dursun hüquq-mühafizə orqanlarının sənədlərində qarət, soyğunçuluq kimi işlərdə ittiham olunur. Bir neçə dəfə hökumət qüvvələrinə silahlı hücumlarda iştirak edib. Bir müddət PKK-nın “idarə heyəti”ndə yer alan Dursun son illərdə “xarici əlaqələr komitəsində” çalışır.

PKK-ya 1978-ci ildə qatılan Əli Aktaş 2009-cu ildən sonra PKK-nın lider heyətində təmsil olunur. “Sinan Sor” ləqəbi ilə uzun müddət Rusiya və Ermənistanda fəaliyyət göstərən Aktaş əsasən Avropa ölkələri və Rusiyadan Qəndilə pul göndərilməsi işinə rəhbərlik edib. 2011-ci ildə İraqa qayıdan Aktaş təşkilatın “gömrük işi”nə rəhbərlik edib. 2014-cü ildə isə PKK-nın İraq-Türkiyə sərhədində yerləşən Mahmur sərhəd-keçid məntəqəsinin yerləşdiyi eyni adlı məntəqəsi üzrə təmsilçisi olub. Ancaq elə həmin il PKK-nın “Xarici Əlaqələr Komitəsi”nə seçilən Aktaş 2017-ci ildən Qəndilə çəkilib və buradan təşkilatın fəaliyyətinə rəhbərlik edən heyətdə çalışır.

Qeyd edək ki, iki həftə əvvəl Türkiyə hökuməti İraq-İran sərhədində PKK-ya qarşı ortaq əməliyyat aparıldığı haqda məlumat yaysa da, sonradan İran tərəfi birgə əməliyyat xəbərini təkzib etmişdi. Ancaq Türkiyə hökuməti son illərdə ölkə ərazisi ilə yanaşı əsasən İraq ərazisində, PKK-nın əsas qərargahının yerləşdiyi Qəndil dağında əməliyyatların sayını artırıb.

Xatırladaq ki, Türkiyə ilk dəfə ötən il Qəndil dağına quru əməliyyatı hazırlayıb. Bundan əvvəl isə Türkiyə ordusu mart ayının 10-dan Qəndil də daxil olmaqla, İraqın şimalındakı PKK terrorçularına qarşı əməliyyatlar keçirib. Bu əməliyyatlar zamanı bölgədə PKK-ya aid 18 hədəf və 67 terrorçu məhv edilib.

21 mart PKK operasyonu emrullah dursun ile ilgili görsel sonucu

Ancaq ekspertlərə görə, Türkiyənin İraq və İranın dəstəyi olmadan Qəndildə təkbaşına əməliyyat keçirməsi real deyil. Qəndil dağları İraq və İran arasında yerləşir, dağ hər iki ölkənin ərazisinə düşür. Ümumi ərazisi 3 min kv.km-dan çox olan bölgənin bir hissəsi isə Türkiyə ilə sərhəd hesab olunur. Ancaq sözü edilən Qəndil dağı və PKK-nın yerləşdiyi eyni adlı düşərgələr İran-İraq sərhədində yerləşir. PKK buradan həm İraq, həm İran, həm də Türkiyə ərazisinə terrorçu göndərir. PKK-nın bir nömrəli hərbi bazasının yerləşdiyi Qəndil dağı Türkiyədən 90 kilometr məsafədə yerləşir. Qəndil dağının yüksəkliyi 2600 metrdir, ancaq PKK-nın düşərgələrinin yerləşdiyi vadi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən geniş ərazidir. Lakin bura tamamilə mağaralardan və gizli sığınacaqlardan ibarətdir. Belə bir əməliyyat üçün qonşu ölkələrin, özəlliklə İraqın dəstəyi lazımdır.

Qeyd edək ki, PKK-nın Qəndil düşərgəsi 1997-ci ildə Avropada yaşayan kürd təşkilatlarının topladığı maliyyə hesabına yaradılıb. Qəndildə hazırda 50-dək PKK düşərgəsi var, ümumilikdə isə 10 kilometrlik radiusda 2 minə yaxın sığınacaq mövcuddur. 50 düşərgədən 15-i təlim düşərgəsidir. Başdan-ayağa minalanmış bölgəyə naşı adamın daxil olması intihar sayılır. Bölgə kənarlardan raket-zenit qurğuları, raketlər və ağır pulemyotlu maşınlarla mühafizə olunur. Bölgə təbii sədlərdən ibarətdir. Kənardan hücum edən qüvvəyə qarşı müdafiə olunmaq çox rahatdır. Bundan başqa, dağda müxtəlif həcmlərdə 100-dən çox mağara var. Bunların ən böyüyündə eyni vaxtda 500 nəfər yerləşə bilir.

21 mart PKK operasyonu emrullah dursun ile ilgili görsel sonucu

PKK-nın mərkəzi qərargahı, arxivi və digər əsas mərkəzləridə burada yerləşir. Qəndil ətrafında təxminən 60-a qədər əsasən kürd kəndləri mövcuddur ki, bu kəndlər PKK-nın təbii müttəfiqləridir. Hətta Qəndildə fəaliyyət göstərən PKK-ya məxsus iki kiçik çaplı elektrik stansiyası istehsal etdiyi elektrikin bir qismini bu kəndlərə verir.

Bu səbəbdən də indi Türkiyə əsasən amerikalıların Pakistan, Yəmən, Somalidə etdiyi kimi, hava zərbələri ilə PKK-nın liderlərini ovlayır. Bu zaman dronlarla PKK liderləri izlənir və uyğun şəraitdə aviasiya terrorçuların olduğu yerləri bombalayır. Sonuncu əməliyyat da bu cür baş tutub və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun dediyi kimi, terrorçulara 31 mart bələdiyyə seçkiləri öncəsi ciddi zərbə olub. Lakin bu hadisə eyni zamanda hökumətin də reytinqini yüksəldən hadisə sayılır.(musavat)

Reaksiya.az

Şərhlər