İmamoğlu Ərdoğanla görüşdü - Onu qarşılamağa gedib

19.04.2019 12:12     Dünyadan reaksiya     904

İstanbulda rəsmi olaraq vəzifəsinin icrasına başlayan bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Atatürk Hava Limanında qarşılayıb.

Reaksiya.az “Sputnik”ə istinadən xəbər verir ki, bu, onun vəzifədə Ərdoğanla ilk görüşü olub.

Ərdoğan Rusiyaya rəsmi səfərindən sonra şəxsi təyyarə ilə Ankaraya, oradan isə İstanbula gəlib.

İstanbulda onu Hava Limanında yeni sədr Əkrəm İmamoğlu qarşılayıb.

Bundan əvvəl İmamoğlunun ilk iş günündə ona “Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsınızmı?” sualı verilmişdi. O isə “Mənim vəzifəm nədirsə, onu da yerinə yetirərəm. Fürsət olarsa, qucaqlaşarıq” demişdi.

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərin nəticələrinə görə, Əkrəm İmamoğlu 4 milyon 169 min 765, AKP-nin namizədi Binəli Yıldırım isə 4 milyon 156 min 36 səs alıb.

Aprelin 17-də İmamoğlunun İstanbulun bələdiyyə sədri seçildiyi təsdiqlənmiş və icrasına başlaması üçün zəruri olan vəsiqə təqdim edilmişdi.

Reaksiya.az

Şərhlər