Zelenskinin silahdaşından qorxunc anons: “Krımı təhvil verənlər…”

Donbasdakı münaqişənin başlanğıcında günahkar olanlar cəzalandırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Vladimir Zelenski komandasının üzvü İvan Aparşin öz bloqunda bildirib.

İvan Aparsin qeyd edib ki, bu məsələ yeni hakimiyyətin milli təhlükəsizlik və müdafiə proqramında özünə yer alıb:

“İlovaysk, Debaltsevo haqqında həqiqətlər, 2014-cü ildə müharibənin başlanması barədə məsələlər xalqa açıqlanacaq. Yaxın gələcəkdə insanlar həqiqəti biləcəklər. Kimsə heç bir şeyi gizlətməyi planlaşdırmır. Məsul şəxslərin hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı məsuliyyətə cəlb olunacaqlar”.

Aparşin əlavə edib ki, Krımı Rusiyaya təhvil verənləri də cəza gözləyir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar