Rusiya Avropa Şurasında qalmalıdır - Makron

Təşkilatın Rusiyaya da ehtiyacı var

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Avropa Şurasında (AŞ) qalmalıdır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Qeyd edildiyi kimi, bu, Avropa Şurasının Baş katibi Turbörn Yaqlandın Yelisey sarayında qəbulu zamanı baş verib.

"Mən Rusiyanın Avropa Şurasında qalmasını istəyirəm", — Makron bildirib.

O vurğulayıb ki, təşkilatın Rusiyaya da ehtiyacı var.

Daha öncə bildirilmişdi ki, AŞ sədrinin müavini qeyd edib ki, Rusiya İnsan Hüquqları Konvensiyasından çıxa bilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar