Region qarışır: daha bir ölkə həyəcan təbili çaldı

Bəhreyn İsrail-Livan sərhədində yaşanan gərginlikdən sonra vətəndaşlarına çağırış edib.

Axar.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.

"Livanda olan vətəndaşlarımız təcili şəkildə oranı tərk etməlidirlər. Yaşanan olaylara görə tədbir görmək zəruridir", - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb.

Hizbullah qruplaşması İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu iddia etsə də, İsrail ordusu insan tələfatı olmadığını bildirib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər