İsveçli deputat: "Azərbaycan Cənubi Qafqazda Avropa üçün strateji məntəqədir"

12.11.2019 18:32     Dünyadan reaksiya     713

“Azərbaycan Cənubi Qafqazda Avropa üçün strateji və daim diqqət mərkəzində olan məntəqədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığı Riksdaqının (parlament) deputatı Yan Byorklund bildirib.

Onun sözlərinə görə, postsovet ölkələri Avropa institutları üçün potensial araşdırma mənbəyidir: “Bunlar arasında Cənubi Qafqaz strateji bölgədir. Biz bilirik ki, Azərbaycan yeraltı sərvətlər ilə zəngindir. Bundan başqa, bu ölkənin insanları çoxtərkibli, müxtəlif mədəniyyətlidir. Bu baxımdan, Azərbaycan bizim institutlar üçün potensial maraq obyektidir. İsveç və Azərbaycan arasında zamanla qarşılıqlı rəsmi səfərlər olub, müəyyən səviyyədə münasibətlər formalaşıb. Təbii ki, biz maraqlıyıq ki, bu münasibətlər sivil şərtlər əsasında daha da inkişaf etsin”.

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ Cənubi Qafqazda arzuolunmaz problemdir: “Hesab edirəm ki, beynəlxalq normaların tələblərinə dərhal əməl olunmalıdır. Bununla da insanlar əziyyət çəkməsin”

Reaksiya.az

Şərhlər