Cənubi Koreyada hərbi laboratoriya partladı - Ölən və yaralananlar var

13.11.2019 15:30     Dünyadan reaksiya     695

Cənubi Koreyanın paytaxtı Seulda Müdafiə İnstitutunun laboratoriyasında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir əməkdaş həlak olub.

Daha beş nəfər xəsarət alıb. Partlayışdan sonta laboratoriyada yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 30 texnika və 120 yanğınsöndürən cəlb edilib.

Hazırda laboratoriyada hansı təcrübələrin aparılması ilə bağlı araşdırmalar aparılır.

Reaksiya.az

Şərhlər