Rusiya telekanalından sensasiya: “Rusiya Ermənistana “İsgəndər” sistemləri verməyib”

17.12.2019 16:19     Dünyadan reaksiya     1460

“Rusiyanın istehsal elədiyi yeni nəsil zenit-raket kompleksi olan “İsgəndər” sistemləri hələ ki, xaricə ixrac edilməyib. Bu sistemlərin ixrac variantı təzəcə hazırlanıb”.

Belə bir fikir Rusiyanın Kremlin rəsmi ruporu olan “Rossiya” telekanalının “Vesti” proqramında prezident Vladimir Putinin sədrliyi ilə bu günlərdə keçirilmiş və hərbi-texniki əməkdaşlıqla bağlı komissiyanın iclasına həsr olunmuş reportaj zamanı səslənib. 

Yəni belə qənaət hasil olur ki, hələlik bu sistemlər heç kimə satılmayıb. Demək, erməni tərəfinin  bəh-bəhlə bəyan etdiyi və Azərbaycan qarşı “əvəzolunmaz silah” kimi təqdim etdiyi “İsgəndər”lər 2016-cı ilin sentyabrında İrəvanda Ermənistanın müstəqillik günü münasibətilə keçirilən hərbi parad zamanı da meydandan keçməyib. “İsgəndər” kimi təqdim edilən sistemlər isə adi komplekslər olub.   

Xatırladaq ki, o zaman Ermənistan rəhbərliyi Rusiyadan “İsgəndər” komplekslərini aldığını bəyan etmişdi. Bunun ardınca erməni generalları Azərbaycanı müntəzəm şəkildə həmin sistemlər vasitəsi ilə Bakının neft platformalarını belə, vura biləcəkləri ilə hədələyiblər.(Minval.az)

 

Şərhlər