Mayk Pompeo: “ABŞ Venesueladakı hakimiyyətin dəyişdirilməsinə çalışır”

21.01.2020 12:03     Dünyadan reaksiya     1098

"ABŞ Venesueladakı hakimiyyəti dəyişdirmək üçün beynəlxalq ictimaiyyətlə birliklə çalışır".

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Üzərində işlədiyimiz layihə prezident Nikolas Maduronun hakimiyyətdən getməsinə və Venesuela xalqının azad və ədalətli seçkilər keçirə bilməsinə gətirib çıxarmalıdır. Cənubi Amerika, Mərkəzi Amerika və Avropa ölkələri, bütün dünya ölkələri ilə bu nəticəni əldə etmək üçün çalışırıq”, - M.Pompeo deyib.

O əlavə edib ki, ABŞ-ın Venesuela ilə bağlı apardığı strategiya təsirlidir və bunu dəyişdirməyə ehtiyac yoxdur.

Onun sözlərinə görə, N.Maduro hələ də hakimiyyətdə qalmaqla dünya tarixindəki ən böyük humanitar böhranlardan birini yaradır.

Daha əvvəl N.Maduro ABŞ ilə birbaşa dialoqa hazır olduğunu, lakin Donald Tramp ilə danışmağı üstün tutacağını deyib. O, M.Pompeonun D.Trampın Venesuela ilə bağlı siyasətinə cavabdeh şəxs kimi Venesuelada uğursuzluğa düçar olduğunu bildirib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər