Putin və Ərdoğanın planı baş tutmadı: Müharibə başlayır - Bölgədə böyük sarsıntı

30.01.2020 14:26     Dünyadan reaksiya     3263

”Dünya güclərinin əldə etdiyi barışığa baxmayaraq, Liviya bir daha geniş miqyaslı müharibəyə doğru gedir”.

Bu barədə “İndependent” qəzetində dərc olunan məqalədə bildirilib.

Qəzet yazır ki, təyyarələrin hədəflərə hava zərbələri endirməsi və ölkənin qərbində cəbhə boyu tərəflərin qarşılıqlı atəşə başlaması barədə xəbərlər var.

Məqalədə qeyd edilir ki, Rusiya və Türkiyə prezidentlərinin birgə səyi ilə yanvarın 12-də əldə olunan barış nəticəsində ölkədə nisbi sakitlik bərqərar olub. Ancaq son günlər Liviyanın paytaxtı Tripoli və Liviyanın üçüncü ən böyük şəhəri - Misurata yaxınlığında qarşıdurmalar artıb.

Liviya mütəxəssisləri vəziyyətin əvvəlki dövrlə müqayisədə daha yaxşı olduğunu söyləsələr də, əksəriyyət vəziyyətin pisləşəcəyini gözləyir.

Reaksiya.az

Şərhlər