Paşinyan: Oğurluq pulları qaytara bilməmişik

06.05.2020 16:40     Dünyadan reaksiya     4937

Ermənistan hakimiyyətinin 2019-cu ildə həllini tapmadığı problem müstəqil məhkəmə sistemidir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hökumətin idarə etmədiyi məhkəmə sisteminə ehtiyac var.

O, həmçinin hakimiyyətin ən böyük uğursuzluğunun xalqdan oğurlanan vəsaitləri geri qaytarmaq prosesini reallaşdıra bilməməsi olduğunu deyib.

Qeyd edək ki, Paşinyan əslində məhkəmə hakimiyyətini nəzarət altına ala bilməməsindən narahatdır. Belə ki, o, məhkəmənin siyasi hakimiyyətin maraqlarına uyğun olmayan qərarlarına bir çox hallarda “xalq etirazlarının” təşkili və şantajlarla mane olur.

Reaksiya.az

Şərhlər