Rusiyada koronavirusdan ölənlərin sayı 5,5 mini ötdü

05.06.2020 11:56     Dünyadan reaksiya     1211

Rusiyada son bir gündə daha 8 726 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 449 834 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 5 528-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 212 680 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 855 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Reaksiya.az

Şərhlər