Düşmənin əlaqəsi kəsiləcək, həm İraqda, həm Suriyada... - Türk ordusunun ƏSAS HƏDƏFİ

17.06.2020 15:21     Dünyadan reaksiya     2318

Türkiyə ordusunun İraqın şimalındakı Haftanin bölgəsində əməliyyata başlamasının səbəbləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, ehtiyatda olan general İsmayıl Hakkı əməliyyatın ilk hədəfinin təhlükəsizliyin təmin edilməsidir.

“Komandolarımız İHA, SİHA və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə hərəkətə keçdi. Bu əməliyyatların ilk məqsədi əvvəllər xain hücumlarla şəhid verdiyimiz bölgələrdə təhlükəsizliyi təmin etməkdir”, - o bildirib.

Lakin ehtiyatda olan general əsas hədəfin PKK terror təşkilatının kommunikasiya xəttini kəsmək olduğunu bildirib: “Qarşıdakı dövrdə əsas plan PKK/PYD\YPG terror təşkilatının Qəndil-Sincar-Suriya bağlantısı kəsərək, Sincarı nəzarət altına almaqdır”.

“Pəncə-Qartal” adlanan əməliyyat dünən axşam saatlarında başlayıb. Türkiyə müdafə naziri Hulusi Akarın əməliyyatı idarə etdiyi komanda-qərargahında xüsusi təyinatlı qüvvələrin helikopterlərlə enməsini izləyib.

Əməliyyatda Sincarın bölgəsinə nəzarətin ələ keçirilməsi vacibdir. Bölgə əsasən İraq hökumətinin və Şimali İraq Kürd Muxtariyyətinin nəzərətində olub. PKK-nın İraq və Suriya arasında əlaqə qurmaq üçün bölgədən istifadəsinə göz yumulub. Lakin Suriya müharibəsi, ardınca İŞİD faktoru ortaya çıxanda vəziyyət dəyişdi. 2015-ci ilə qədər bölgənin əsas hissəsi İŞİD-in əlində idi. İŞİD bölgədən çəkilən kimi PKK terrorçuları əraziyə yerləşməyə başladı. 2015-ci ildən 2017-ci ilə qədər PKK və PYD arasında quru əlaqəsi məhz Sincar bölgəsi idi. Türkiyə Suriyada “Fərat qalxanı” əməliyyatına başlayanda PKK-nın Sincardan təmizlənməsi istiqamətində müəyyən addımlar atdı, lakin buna hələ tam nail olmayıb. “Pəncə-Qartal” əməliyyatının son hədəfi məhz Sincarı nəzarətə almaq, PKK və PYD arasındakı əlaqəni kəsmək və terrorçuları İraqda və Suriyada ayrı-ayrılıqda məhv etməkdir.

Reaksiya.az

Şərhlər