Türkiyədə koronavirusdan ölənlərin sayı 6 min 895 nəfər çatıb

10.09.2020 22:24     Dünyadan reaksiya     768

Türkiyədə son sutka ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronadan ölənlərin ümumi sayı 6 min 895 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 286 min 455 nəfər koronaya yoluxub.

Reaksiya.az

Şərhlər