Rusiyada virusa yoluxanların sayı 1 milyonu ötüb - RƏSMİ

11.09.2020 11:52     Dünyadan reaksiya     917

Rusiyada son bir gündə daha 5 504 nəfərə COVID-19 diaqnozu qoyulub.

Reaksiya.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 051 874 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 102 nəfər artaraq 18 365-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 868 107 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 698 nəfər.

Reaksiya.az

Şərhlər