Türkiyədə 56 nəfər virusdan dünyasını dəyişib

11.09.2020 20:53     Dünyadan reaksiya     890

Türkiyədə son sutka ərzində daha 56 nəfər koronavirusdan dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronadan ölənlərin ümumi sayı 6 min 951 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 288 min 126 nəfər koronaya yoluxub.

Reaksiya.az

 

Şərhlər