Bu ölkədə koronavirusa yoluxanların sayı 6,5 milyonu keçib

14.09.2020 00:20     Dünyadan reaksiya     707

ABŞ-da koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 6,5 milyonu keçib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ABŞ-da ümumilikdə 6 501 904 nəfər koronavirusa yoluxub, 193 843 nəfər isə bu virusun qurbanına çevrilib. Ümumilikdə 2,43 milyondan çox insan sağalıb. 

Reaksiya.az

Şərhlər